Gəncədə təhsil müəssisələrində yoxlama və monitorinqlər davam etdirilir. Bu haqda 7 may tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Regional Təhsil İdarəsi tərəfindən daha bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb. Yoxlama 1, 5, 16, 20, 21, 26, 27 və 28 nömrəli tam orta məktəblərdə təşkil edilib.
Yoxlama və monitorinqlər, əsasən, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlərlə bağlıdır.