Gəncədə bəzi binaların üzlükləri yenilənir. Bu haqda Gencexeber.az-a 27 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Nəriman Nərimanov prospektində aparılır. Ərazidə canlı qüvvə və texnika çalışır. Prospektin 134 saylı ünvanında yerləşən binanın köhnə örtüyü sökülür. Bildirilib ki, fasad yenilənəcək.
Xatırladaq ki, bir müddət öncə Məmməd Xələfov küçəsində aparılan analoji işlər haqda məlumat vermişdik.