Gəncədə müsabiqə keçirilib. Bu haqda 23 sentyabr tarixində Maarif Evinə istinadən məlumat veririk.
Yeniyetmə və gənclər arasında müsabiqə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gənclər Evi tərəfindən "21 Sentyabr– Beynəlxalq Sülh Günü" münasibətilə təşkil olunub. “Dünyamıza sülh gərəkdir” adlı tədbirin qalibi açıqlanıb.
Gəncə Maarif Evinin rəsm müəllimi Laləzar Ağamalıyeva müsabiqədə qalib seçilib. O, diplom və hədiyyələrlə təltif olunub.