Gəncədə daha bir yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 25 sentyabr tarixində məlumat daxil olub.
Hadisə Yeni Gəncə qəsəbəsindəki Səməd Bəy Mehmandarov küçəsində qeydə alınıb. “Renault” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən “Mercedes”ə çarpılıb. Nəticədə xəsarət alan olmayıb.
Əraziyə polis və sığorta şirkətinin əməkdaşları cəlb ediliblər. Şahidlərin sözlərinə görə, qəzanın səbəbkarı birinci avtomobilin sürücüsü olub.
Faktla bağlı araşdırma aparılır.