Gəncədə “Coca-Cola” şirkəti tərəfindən aksiya keçiriləcək. Bu haqda Gencexeber.az 28 dekabr tarixində məlumat verir.
Möcüzə karvanı bu gün, 28 dekabr tarixində saat 18:00-da Gəncə Şəhər İcra Hakimiyyətinin önündə dayanacaq. Burada 30 dəqiqə ərzində sakinlərə “Coca-Cola” içkiləri hədiyyə olunacaq.
Sakinlər burada hədiyyələrini alaraq avtomobil və əməkdaşlarla şəkillər çəkdirə bilərlər. Aksiyaya hər kəs qatıla bilər.
Qeyd edək ki, növbəti dayanacaq Sumqayıt və Bakı şəhərləridir.