Gəncədə yolların buzla bağlanması qəzalara səbəb olub. Bu haqda 9 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Dünəndən başlayan qar şəhəri ağ örpəyə bürüyüb. Yolların buz bağlaması ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən bir sıra qəzalar baş verib.
Onlardan biri Mir Cəlal Paşayev və Abdulla Sur küçələrinin kəsişməsində, 13 saylı məktəbin yanında qeydə alınıb. Küçə ilə eniş edən sərnişin avtobusu sürüşmə nəticəsində yol kənarında olan elektrik dirəyinə çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.