Gəncədə dərnək üzvləri “Şuşa İli”nə həsr olunmuş tədbirdə iştirak ediblər. Bu haqda 17 dekabr tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
“Şuşa ili” çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər, Göygöl və Samux rayonlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə “Bu yol Şuşaya gedir” adlı tədbir keçirilib.
Burada Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, müvafiq sektorların əməkdaşları, məktəbdənkənar müəssisələrin və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Tədbirdə şagirdlərin müxtəlif rəqs nümunələri ilə çıxışları olub.