Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 27 sentyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Asfaltın altında yerləşən su xətti partlayıb. Nəticədə su yerin altından sızaraq küçə boyunca axmağa başlayıb.
Sakinlərin sözlərinə görə, bu hal artıq 15 - 20 gündür davam edir. Onlar, həmçinin qeyd ediblər ki, qəza səbəbindən asfaltın bir hissəsi yararsız hala düşüb.
[modula id="46769"]