Gəncədə məktəblərin birində futbol meydançası yoxdur. Bu haqda Gencexeber.az-a 2 yanvar tarixində məlumat daxil olub.
Söhbət şəhərin İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyindən gedir. Təhsil müəssisəsinin həyətində şagirdlərin futbol və digər idman növləri ilə məşğul olması üçün şərait yoxdur.
Bundan başqa həmin ərazidə asfalt örtüyü yoxdur. Şagirdlər bədən tərbiyəsi dərsində məşğul olduqları zamanı çətinlik çəkdiklərini bildirirlər.
Qeyd edək ki, bir müddət öncə 2 nömrəli tam orta məktəbdə oxşar problemi işıqlandırmışdıq.