16.4 C
Gence
16.4 C
Gence

Bu məktəbdə şagirdlərin bədən tərbiyəsi dərsində məşğul olması üçün şərait yoxdur

Gəncədə məktəblərin birində futbol meydançası yararsız haldadır. Bu haqda Gencexeber.az-a 23 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin 28 May küçəsində yerləşən Əhməd Cavad adına 2 nömrəli  tam orta məktəbdən gedir. Təhsil müəssisəsinin həyətində şagirdlərin bədən tərbiyəsi dərsində futbol və digər idman növləri ilə məşğul olması üçün şərait yoxdur.

“Həyətdə iki ədəd dirək basdırılıb, onu futbol oynayanda qapı kimi istifadə edirik. İki ədəd köhnə basketbol şiti və bir neçə paslanmış idman qurğusu var”, – deyə şagirdlər bildiriblər.

Xatırladaq ki, bir müddət öncə adıçəkilən məktəbin sinif otaqları barədə yazmışdıq.

Ən Çox Oxunan