Gəncədə küçələrdən birində piyadalar üçün çətin vəziyyət yaranıb. Bu haqda Gencexeber.az-a 24 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin 28 May küçəsindən gedir. Sakinlər küçənin xeyli hissəsində piyada keçidinin olmamasından narazıdırlar. Onlar yolu keçməkdə çətinlik çəkdiklərini bildirirlər.
“Yolu təyin olunmuş yerdə keçmək üçün əməlli getməli oluruq. Bir yerdə var idi, o da silinib. Sürücülər sürətlə keçirlər buradan. Biz də yolu keçməyə qorxuruq. Küçədə piyada keçidləri çəkilsə, yaxşı olardı”, - deyə sakinlər qeyd ediblər.