Bu gün şəhid Əmrah Rajapovun doğum günüdür.
Əmrah Rajapov 11 dekabr 2000-ci ildə Goranboy rayon Zeyvə kəndində anadan olub. 2012-ci ildə ana nənəsi Minayə Əliyeva tərəfindən Gəncə Uşaq Evinə yerləşdirilib.
2018-ci ildə 34 nömrəli tam orta məktəbdə təhsil alıb. Kimsəsiz olduğu üçün 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən Masazır qəsəbəsində internat məktəbləri və uşaq evlərinin məzunları üçün yaradılmış “Məzun evi”ndə bir otaqlı mənzillə təmin olunmuşdu.
2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci il tarixində elə bu döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 23 fevral 2021-ci ildə isə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.