Bu gün şəhid Mübariz Vəliyevin doğum günüdür.
Mübariz İmamverdi oğlu Vəliyev 12 dekabr 1964-cü ildə Gəncədə anadan olub. 43 saylı orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnib. 1982-1984-cü illərdə Almaniya Respublikasında hərbi xidmət keçib.
Daha sonra Gəncə şəhəri Səhiyyə şöbəsində sürücü vəzifəsində işləyib. 1992-ci ilin fevralında Vəliyev səfərbərliyə alınıb. O, Ağdamın Gülablı, Canyataq, Ağdərənin Drambon kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.
Mübariz Vəliyev Gədəbəy rayonunun Şınıx bölgəsində döyüş əməliyyatını yerinə yetirən zaman yaralanıb. Lakin o, sonadək vuruşub. Mübariz 22 sentyabr 1992-ci ildə Laçın rayonunun müdafiəsində döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. O, Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.