Gəncədə bəzi binaların bloklarının təmirə ehtiyacı var. Bu haqda 23 dekabr tarixində Gancapost.info-ya istinadən məlumat veririk.
Bu binalardan biri Mikayıl Hüseynov küçəsində yerləşir. 5 nömrəli binanın sakinləri tikilinin qəzalı vəziyyətdə olduğunu bildirirlər. Onlar bu vəziyyətin həyatları üçün təhlükəli olduğunu deyirlər.
Blokun divarları, tavanları və pilləkənləri çatlayıb. Orada beton parçalar tökülür. Sakinlər binanın əsaslı təmir olunmağını arzulayırlar.