Gəncədə “açıq qapı günü” təşkil olunacaq. Bu haqda 22 dekabr tarixində “Bravo” supermarketlər şəbəkəsinə istinadən məlumat veririk.
Şəhərimizdə yeni açılacaq market üçün işçilər tələb olunur. Bu səbəbdən 6 yanvar tarixində Gəncə Mall-da yerləşən “Bravo” supermarketdə saat 9:00-dan 18:00-dək “açıq qapı günü” olacaq. İş axtaran şəxslər şəxsiyyət vəsiqəsi və hərbi biletlə (kişi namizədlərə aiddir) yaxınlaşa bilərlər.
Qeyd edək ki, avtovağzalın yanında yeni açılacaq marketə satıcı-kassir, təmizlik işçisi, qəssab, çörəkçi, mal qəbuledicisi və anbardar köməkçisi tələb olunur.