Gəncədə müəllim təltif olunub. Bu haqda 21 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Botanika kafedrasının baş müəllimi Fizuli Bayramovu 80 illik yubileyi və uzun müddətli səmərəli elmi fəaliyyəti münasibətilə təltif edib. Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva yubilyara Fəxri Fərman və mükafatı təqdim edib.
Qeyd edək ki, Fizuli Bayramov 58 ildir ki, GDU-da çalışır.