Gəncədə bir neçə binanın həyəti abadlaşdırılır. Bu haqda məlumat iyunun 28-i Gencexeber.az-a daxil olub.
Sözügedən işlər şəhərin 1-ci mikrorayonunda aparılır. Ərazidə yerləşən 1, 2, 3, 4 və 5-ci binaların qarşısındakı yolların kənarlarına yeni bordürlər düzülüb. Burada torpaq tökülərək yaşıllıq salınacaq.
Ərazidə canlı qüvvə və texnika işləyir.
Xatırladaq ki, bir müddət öncə əraziyə asfalt örtüyü salınıb.