Gəncədə bir neçə ərazidə dirəklər hər an aşa bilər. Bu haqda Gencexeber.az-a 13 may tarixində məlumat daxil olub.
Sözügedən hal Dədə Yediyar, Puşkin, Əbül Üla Gəncəvi və Rövşən Əkbərov küçələrində müşahidə olunur. Birinci küçədə işıq, digər küçələrdə isə telefon dirəkləri əyilib.
Sakinlərin sözlərinə görə, dirəklərin cari vəziyyəti təhlükə yaradır: “Dirəklər hər an aşa bilər. Məsələnin həll olunmasını xahiş edirik”, - deyə onlar əlavə ediblər.
[modula id="59486"]