Gəncə Şəhər Birləşmiş Xəstəxanasının əməkdaşları milli konqresdə iştirak ediblər. Bu haqda 26 dekabr tarixində xəstəxanaya istinadən məlumat veririk.
Azərbaycan Pediatriya Cəmiyyətinin I Milli Konqresi keçirilib. Burada TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının pediatrları da yer alıblar.
Konqres çərçivəsində 7 nəzəri və praktik kurs keçirilib və təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Mövzularla bağlı suallar verilib, müzakirələr aparılıb.