Benzin daşıyan yük avtomobili qəzaya uğrayıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Benzin daşıyan yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil dəmir maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.