top
Azərbaycanda dördgünlük iş həftəsinə KEÇİLƏ BİLƏRMİ? - Mühüm AÇIQLAMA
03 noyabr 2024, 10:00
- ↺ +

Azərbaycanda dördgünlük iş həftəsinə KEÇİLƏ BİLƏRMİ? - Mühüm AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Dünya ölkələri iş günlərinin sayının azaldılmasını müzakirə edir. Bəzi ölkələrdə artıq dördgünlük iş həftəsi tətbiq edilir. Dördgünlük iş həftəsinin tətbiqindən sonra iqtisadiyyatında artım qeydə alınan ölkə isə İslandiya olub.

CNN-in məlumatına görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5% artıb. Bu rəqəm də iqtisadiyyatda yüksək göstəricidir. İslandiya bu artımla yalnız Maltadan geri qalır. Analitiklər ölkənin iqtisadi uğurunu məhz iş həftəsinin azaldılması, daha az çalışmaqla stress və yorğunluqdan xilas olan işçilərin əməyinin səmərəsi ilə əlaqələndirirlər.

Araşdırmada ölkənin 2006-2015-ci illərdə orta iqtisadi artım tempinin ildə 2% təşkil etdiyi qeyd edilib. 2022-ci ilə qədər ölkədə işçilərin 51%-i daha qısa iş saatına və ya dördgünlük iş həftəsinə keçib. Bu gün islandiyalıların 59%-i bu formatda işləyir.

Azərbaycanda hazırda həftəlik iş saatı 40 saatdır.

Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Məcəllənin 90-cı  maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq altıgünlük iş həftəsi də müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz. Həmçinin, qanunvericilikdə iş günlərinin sayı 5 və ya 6 gün müəyyənləşsə də, təcrübədə iş günlərinin sayı qarşılıqlı razılaşma ilə müəyyən olunur. Yəni hansısa şirkətlə işçi arasında həftədə 4 iş günü və 3 istirahət gününün olmasına dair müqavilənin bağlanması qanuna zidd deyil.

Bəs Azərbaycanda dördgünlük iş həftəsinə keçilsə, iqtisadiyyatda hansı dəyişiklik baş verər?

İqtisadiyyat sahəsi üzrə ekspert Eldəniz Əmirov məsələ barədə Bizim.Media-ya danışıb. O, bu təcrübənin iqtisadi cəhətdən daha dayanıqlı olan ölkələrə məxsus olduğunu bildirib:

“Hazırda dünyanın heç bir ölkəsində dördgünlük iş rejiminə keçilməyib, dördgünlük iş rejimi müəyyən ölkələrdə həm özəl, həm də dövlət sektorunda tətbiq olunur. Ərəb ölkələrində, Yaponiyada bu tip nümunələrə rast gəlinir”.

Ekspert hesab edir ki, yaxın 10 ildə Azərbaycanda bunun tətbiqi real görünmür:

“Yaxın beş il ərzində dünyanın heç bir ölkəsi dördgünlük iş rejiminə tam olaraq keçə bilməyəcək. Beş ildən sonra bu mümkün ola bilər. İlk olaraq iqtisadi cəhətdən daha çox inkişaf etmiş və əmək qüvvəsinin daha rentabelli olan ölkələrdə dördgünlük iş rejimi mümkün olacaq. İnkişaf etməkdə olan ölkələrdə, o cümlədən, Azərbaycanda yaxın 10 il ərzində bu, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Oxşar xəbərlər