Gəncədə konsert proqramı təşkil olunacaq. Bu haqda 16 may tarixində iticket.az-a istinadən məlumat veririk.
Tədbir Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Tanınmış vokal ustası Azər Zeynalov şəhərimizin qonağı olacaq. O, Nizami yurdunda “Gəncəyə gəlirəm” adlı proqramla çıxış edəcək.
Konsert 18 may tarixində saat 19:00-da başlayacaq.
Biletləri Filarmoniyanın kassasından və ya iticket.az saytından əldə etmək mümkündür. Qiymətlər 5-25 manat arası dəyişir.