Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 5 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. "Opel" və "VAZ-2107" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub. Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.