Gəncədə zəncirvari qəza baş verib. Bu haqda Gencexeber.az-a 27 may tarixində məlumat daxil olub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 4 saylı marşrut xətti üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusu işıqforun qırmızı işığında dayanmaq üçün əyləci basıb. Həmin an əyləcin tutmadığını görən sürücü digər hərəkət iştirakçılarına zərər verməmək üçün avtobusu yoldan çıxarıb. Lakin qəza zamanı "VAZ 21015" və "NİVA "markalı minik maşınları “İsuzu”ya çarpılıblar.
İlkin məlumata əsasən, bir neçə nəfər yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.
[modula id="37966"]