Gəncədə tələbələr üçün yeni layihəyə qeydiyyat başlayır. Bu haqda 22 may tarixində ATU-ya istinadən xəbər veririk.
“Azersun Holding” Azərbaycan Texnologiya Universiteti tələbələri üçün təcrübə proqramı təşkil edib. Burada tələbələr təcrübə boyunca nəzəri biliklərini praktikaya çevirmək, ixtisaslarının qabaqcıl ekspertləri ilə birlikdə çalışmaq fürsətini qazanacaq, peşəkar iş mühitində təcrübə əldə edəcəklər.
“GələcəkSƏN” ödənişli yay proqramına qoşulmaq üçün linkə daxil olmalısınız və ya QR kodunu oxudaraq qeydiyyatdan keçməlisiniz.