Gəncədə sakinlər bir sıra küçələrin pis vəziyyətdə olmasından əziyyət çəkirlər. Bu haqda Gencexeber.az-a 26 dekabr tarixində məlumat daxil olub.
Bu halın müşahidə olunduğu ərazilərdən biri Elman Araslı küçəsidir. Burada kanalizasiya, içməli su və yağış suları nahamar yol örtüyündə gölməçələrin yaranmasına səbəb olur. Sakinlər bu vəziyyətin həm piyada, həm də sürücülər üçün çətinlik yaratdığını deyirlər.