Gəncədə yeni asfaltlanmış küçədə tamamlanma işləri aparılır. Bu haqda Gencexeber.az-a 25 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Hacı Əli Hüseynzadə küçəsindən gedir. Ərazidə yerləşən lüklər yeni asfalt örtüyündən aşağıda qalmışdı. Bu səbəbdən quyuların səviyyəsi qaldırılaraq yol səthi ilə bərabərləşdirilib.
Xatırladaq ki, iki gün öncə küçəyə yeni asfalt örtüyünün salınması barədə xəbər paylaşmışdıq.