Gəncədə məktəblilər üçün ekskursiya təşkil olunub. Bu haqda 21 dekabr tarixində Gəncə Dünya Məktəbinə istinadən məlumat veririk.
Gəncə Dünya Məktəbinin şagirdləri Beynəlxalq Televiziya və Radio Günü ilə əlaqədar Kəpəz TV-yə ekskursiyaya yollanıblar. Onlar Kəpəz TV-nin xəbər xidmətləri və studiyaları ilə tanış olublar.
Məktəblilərə informasiyanın, müxtəlif verilişlərin efirə hazırlanması, təqdimatı və TV-nin digər iş prinsipi əyani şəkildə göstərilib.