Gəncədə təhsil alan şagirdlər Bakıda universitetlərdən birində olublar. Bu haqda 16 dekabr tarixində ADA-ya istinadən məlumat veririk.
39 saylı tam orta məktəbin şagirdləri Azərbaycan Diplomatik Akademiyasını (ADA) ziyarət ediblər. Onlara təhsil müəssisəsinin proqramlarına qəbul şərtləri və təqaüd fürsətləri barədə məlumat verilib.
Məktəblilər tələbələrin təşkil etdiyi klubların üzvləri ilə görüşərək buradakı tələbə həyatı ilə bağlı maraqlandıqları suallara cavab tapıblar.