Gəncədə məktəblilərin istifadə etdikləri əraziyə tullantılar səpilib. Bu haqda məlumat 13 dekabr tarixində Gencexeber.az-a daxil olub.
Sözügedən hal Adilxan Ziyadxanov küçəsində müşahidə edilir. 18 saylı məktəbin yanında olan bu ərazi zibillənir. Bu vəziyyət valideynlərin narazılığına səbəb olur.
“Ərazidə tullantı qabı yoxdur. Yaxınlıqda yaşayan sakinlər zibilləri buraya atırlar. Məktəbə gedən uşaqlar və onların valideynləri bu mənzərəni görməli olurlar. Antisanitar vəziyyət və ağır qoxu daim bu ərazidən əskik olmur”,- deyə sakin bildirib.