Gəncədə daha bir universitet tələbələri üçün şənlik təşkil olunub. Bu haqda 30 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) istinadən məlumat veririk.
ADAU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib. Burada universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin açılışında Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov çıxış edib. O, qarşıdan gələn yeni ildə ADAU ailəsinin üzvlərinə uğurlar arzulayaraq kollektivə səmimi təbriklərini çatdırıb.
Bədii hissədə tələbələrin ifasında müxtəlif şeirlər və mahnılar səsləndirilib, rəqslər və səhnəciklər təqdim edilib.