Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq kafedrasının təşkilatçılığı və “Buta Farm” MMC-nin dəstəyi ilə elmi konfrans keçirilib. Bu haqda 28 may tarixində ADAU-ya istinadən xəbər veririk.
“Gələcəyin əczaçıları” adlı elmi konfransda universitetin “əczaçılıq” ixtisasında təhsil alan tələbələr öz elmi tədqiqatlarını təqdim ediblər. Daha sonra tələbələrin çıxışları şirkət nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və onlar hədiyyələrlə mükafatlandırılıblar.