Gəncədə universitetlərdən birində tədbir baş tutub. Bu haqda 17 may tarixində ADAU-ya istinadən məlumat veririk.
"Green Sun-Day" layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunub. Tədbir "Yaşıl Təhsil Hərəkatı" proqramı çərçivəsində İnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə keçirilib. Burada müxtəlif mövzulara həsr olunmuş təlimlər keçirilib.
Layihənin məqsədi yaşıl texnologiyalar sahəsində gəncləri, tələbələri, müəllimləri və startapçıları maarifləndirməkdir.