Gəncədə tədris və imtahan prosesi ilə bağlı tədbir keçiriləcək. Bu haqda 26 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 28 dekabr tarixində saat 10:00-da inzibati binada valideyn, tələbə və müəllimlər üçün “Açıq mikrofon” günü təşkil olunacaq. Burada iştirakçıların tədris və imtahan prosesinə dair təklif və rəyləri dinləniləcək.