Gəncədə şəhidlərin xatirəsi yad olunub. Bu haqda Gencexeber.az-a 22 sentyabr tarixində məlumat daxil olub.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının məzarı ziyarət edilib. 3 saylı Peşə liseyinin müəllim və şagird heyəti Şəhidlər xiyabanına baş çəkib.
Onlar şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər, ruhlarına dua oxuyublar.
[modula id="46412"]