Gəncəli rəssam 27 yaşında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimidir. Bu haqda Gencexeber.az 25 oktyabr tarixində xəbər verir.
Gənc yaşına baxmayaraq Fəxri Musazadə ölkə daxili və xarici 10-dan çox sərgilərdə iştirak edib. O, Azərbaycanın və doğma Gəncənin rəssamlıq məktəbini təmsil edib. Müəllim bir çox janrlarda əsərlər müəllifidir.
Fəxri Hafiz oğlu Musazadə 1993-cu ildə Gəncədə dünyaya gəlib. O, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin yetirməsidir. Rəssamlıq Akademiyasının bakalavr və magistr pillələrinin məzunu rəngkarlıq və kompozisiya kafedrasında müəllim işləyir.
Fəxri müəllim rəssamlıq əsərlərin yaradılması üçün sifarişlər qəbul edir. Onunla əlaqə saxlamaq üçün (077) 726 94 86 nömrəsi ilə əlaqə saxlamaq olar.
Daha öncə, 60-dan çox əsərlərin müəllifi olan və şəhərin memarlığına öz tövhəsini verən rəssam haqda xəbər vermişdik.
[caption id="attachment_4015" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]

[caption id="attachment_4018" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]