Gəncədə illər öncə məktəbi bitirən şəxslər bir araya gəliblər. Bu haqda Gencexeber.az-a 6 may tarixində məlumat daxil olub.
Söhbət 20 nömrəli tam orta məktəbin məzunlarından gedir. 1974-cü ildə təhsil ocağını bitirən sinif yoldaşları 50 ildən sonra görüşüblər. Tədbir onların doğma məktəblərində - oxuduqları sinifdə keçirilib. Burada məzunlar birgə təhsil illərini xatırlayıb, xatirələri ilə bölüşüblər.
Daha sonra görüş iştirakçıları hazırkı həyatları və fəaliyyətləri barədə danışıblar.
Sonda xatirə şəkli çəkdirilib.
[modula id="59124"]