Tovuz rayonunda qətl hadisəsi baş verib.
Gencexeber.az bildirir ki, rayonun Əyyublu kəndində Elməddin Quliyev həmkəndlisi, 1997-ci il təvəllüdlü Asəf Rüstəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, tərəflər kafelərdən birində içki məclisində olublar. Bu zaman Asəf Rüstəmov digər masada əyləşən şəxslərlə zarafat edib.
Onun bu hərəkəti həmkəndlisi Elməddin Quliyevin iradına səbəb olub. Bundan sonra iki şəxs arasında mübahisə yaşanıb. Gərginlik yaxınlıqdakı çayxanada da davam edib. Bu zaman Asəf bıçaqla Elməddinin ürək nahiyəsinə zərbə endirib. Nəticədə Elməddin elə hadisə yerində vəfat edib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.