Gəncədə qadınlar üçün vakansiya elan olunub. Bu haqda Gencexeber.az-a 17 avqust tarixində məlumat daxil olub.
“Yuva” sahibsiz itlər sığınacağı əməkdaş axtarışındadır. Müəssisəyə 40 yaşadək qadın işçi tələb olunur.
İş qrafiki saat 09:00-dan 18:00-dək 6 günlükdür (həftədə bir dəfə istirahət günü olacaq). Əməkhaqqı 400 manat məbləğində təyin olunub.
Əlavə məlumat və müraciət üçün (055) 652 02 28 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.