“Tovuz Turan” futbol klubu qələbə qaza bilmədi.
Gencexeber.az məlumat verir ki, “Tovuz Turan” Premyer Liqanın XVIII turu çərçivəsində “Neftçi” ilə qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.
Oyunun hesabını birinci hissədə “ağ-qaralar”ın yarımmüdafiəçisi Filip Ozobiç (45) açıb. Aleks Souza (54) isə ikinci hissədə bərabərlik qolunu vurub.
Qeyd edək ki, “Tovuz Turan” və “Neftçi” klubları arasında baş tutan oyunların qısa icmalını vermişdik.