"Yevlax-Yun" Açıq Səhmdar Cəmiyyəti cərimə edilə bilər.
Gencexeber.az Azərforum-a istinadən məlumat verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə” maddəsi ilə inzibati protokol tərtib olunub.
Sənəd təsdiq olunsa, müəssisə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər. İşə Yevlax Rayon Məhkəməsinin hakimi Qalib Paşayevin sədrliyi ilə baxılacaq.