Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev avqustun 29-da Yevlax rayonunda sakinlərlə görüşüb.
Qurum bildirir ki, görüşdə müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub. A.Əliyev onların sosial vəziyyəti ilə maraqlanıb. Həmçinin vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.