Gəncədə tanınmış yazıçının yaradıcılıq yubileyi ilə əlaqədar tədbir təşkil olunacaq. Bu haqda Gencexeber.az 19 dekabr tarixində məlumat verir.
Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü, yazıçı Fazil Sənanın 70 illik yaradıcılıq yubileyi ilə əlaqədar 21 dekabr saat 12:00-da MKS-in oxu zalında tədbir keçiriləcək. Görüş Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
İştirak etmək istəyən hər kəs dəvətlidir.