Gəncədə yaşayış binalarından birinin blokundan ilan tapılıb. Bu haqda Gencexeber.az-a 4 may tarixində məlumat daxil olub.
Hadisə şəhərin Heydər Əliyev prospekti, 54a ünvanında qeydə alınıb. Adıçəkilən ünvanda yerləşən yaşayış binasının blokunda ilan peyda olub. İlan sakinlər tərəfindən tutulub və öldürülüb.
Sözügedən hadisə yaşayış binasının sakinlərini təşvişə salıb. Onlar ilanın zəhərli yatağan çənbərquyruq olduğunu bildiriblər.
“Qorxumuzdan bayıra çıxa bilmirik. Uşaq 2-3 gündür məktəbə getmir. Uzunluğu təxminən 2 metr olan zəhərli ilan binanın blokunda yumurta qoya bilər və sayları arta bilər”, – deyə sakinlər qeyd ediblər. Vətəndaşlar məsələnin həll olunmasını xahiş edirlər.