Gəncədə bir nəfər köməksiz qalıb. Bu haqda 29 aprel tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında olması barədə müraciət daxil olub. Əraziyə qurumun xilasediciləri cəlb ediliblər.
Mənzildə xilasetmə tədbirləri həyata keçirilib. Nəticədə köməksiz qalan uşaq xilas olunub.