Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən Abbas Səhhət adına xəstəxananın Nevrologiya-terapiya şöbəsinin ərazisində təmizlik işləri görülüb.
Gencexeber.az bildirir ki, qurumun Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən tibbi ocağın həyəti və ətrafı alaq otlarından, xəzəldən və toz-torpaqdan təmizlənib. Ərazidəki məişət tullantıları konteynerləri boşaldılıb, ətrafında səliqə-sahman yaradılıb. Yığılan tullantıların ərazidən daşınması təmin edilib.
Qeyd edək ki, xəstəxana ərazisi MKTİB-nin xidmət sahəsinə aid olmamasına baxmayaraq, təmizlik işləri qurumun öz təşəbbüsü ilə həyata keçirilib.