Gəncədə 14 dekabr tarixində rəssamlarla tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Mədəniyyət idarəsinin binasında keçirilən tədbirə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qatılıb. Görüşə Gəncənin rəssamları, heykəltaraşları və dekorativ tətbiqi sənəd ustaları qatılıblar.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Fərhad Xəlilova təşəkkürünü bildirib. Sonda xatirə şəkilləri çəkdirilib.
[caption id="attachment_6724" align="alignnone" width="300"]
Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi saytından foto[/caption]