Gəncəli aktrisa yeni layihədə yer alır. Bu haqda 17 avqust tarixində Moderator-a istinadən məlumat veririk.
Söhbət Gəncə Dövlət Teatrının aktrisası Pərvanə Qurbanovadan gedir. “Yuxu kimi” serialı ilə tamaşaçıların sevimlisi olan Xalq artisti yeni mövsümdə "Xəyanət" serialına çəkiləcək. O, buradakı rolundan bəhs edib.
"Xəyanət" serialına dəvət alanda ilk olaraq obrazı soruşdum. Oynadığım rol balasını illərdir görməyən ana obrazıdır. Həyəcanlı, kədərli günlər yaşayan ana. Serial hələ ki, bir az çəkilib, bilirsiniz ki, ssenari gedişatda yazılır. Yeni rejissor gəlib. İş prinsipi çox xoşuma gəlir. Baxımlı bir iş olacağına əminəm", - deyə aktrisa bildirib.