Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin növbəti qonağı ilə görüş təşkil olunub. Bu haqda 17 iyun tarixində Apa-ya istinadən xəbər veririk.
Layihənin bu dəfəki qonağı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti professor Firəngiz Əlizadə olub. Burada iştirak edən Əməkdar incəsənət xadimi professor Həcər Babayeva əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söhbət açıb.
Firəngiz Əlizadə görüşdə Azərbaycan müasir bəstəkarlıq məktəbinin inkişafından, öz yaradıcılıq yolundan danışıb. Görüşdə iştirak edən Gəncə şəhərinin mədəniyyət və incəsənət xadimləri ilə maraqlı müzakirələr aparılıb.