“Gəncə” VK-da yeni müqavilə imzalanıb. Bu haqda 5 iyun tarixində voleybol klubuna istinadən xəbər veririk.
İbrahim İbrahimov menecer kimi klubumuza cəlb edilib. Müxtəlif qurumlarda çalışan yeni əməkdaşımız İkinci Qarabağ müharibəsində iştirak edib.
Həmçinin cənab İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. İbrahimov “Vətən müharibəsi iştirakçısı” medalına da layiq görülüb.